Dünya

Türkiyədə miqrantara qarşı əməliyyat keçirilib: Saxlanılanlar arasında azərbaycanlı da var – VİDEO

Sharing is caring!


Türkiyənin Tekirdağ bölgəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 122 qanunsuz miqrant tutulub.

Keçirilən əməliyyat polislərin dron aparatı ilə anbaan qeydə alınıb.

Məlumatda  bildirilir ki, saxlanılan qanunsuz miqrantlardan 30-u Əfqanıstan, 45-i Suriya, 37-si Mərakeş, beşi Fələstin, ikisi Pakistan, biri Türkmənistan, biri Livan, biri isə Azərbaycan vətəndaşı olub.

Qeyd edilir ki, müvafiq orqanlar qeyri-qanuni miqrasiya ilə mübarizəni davam etdirir.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir