Cəmiyyət

Xilasedicimiz ayağının sınmasına baxmayaraq Türkiyədə zəlzələ bölgəsini tərk etməyib – VİDEO

Sharing is caring!

Türkiyənin zəlzələlər baş verən bölgələrinə Azərbaycandan gedən 750 nəfər axtarış-xilasetmə və səhiyyə qruplarından 236 nəfər Adanadan Vətənə yola salınıb.

Axtarış-xilasetmə əməliyyatlarına qatılan xilasedicilərimizdən biri Əliyev Nurun ayağına beton plitə düşüb. O, xəstəxanaya getməyib, oradakı səhiyyə qruplarının müdaxiləsi ilə ayağına gips qoyulub və axtarış-xilasetmə işləri bitənə qədər dağıntılar olan bölgəni tərk etməyib.

Adana valisi Süleyman Elman yaralı xilasediciyə təşəkkür edib:

“O, köməyə tələsən digər qardaşları kimi bir qəhrəmandır. Qəhrəmanlıq təkcə müharibə meydanında olmur, fəlakətdə də çox böyük qəhrəmanlıq nümunəsi göstərdilər”.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir