Dünya

“Bloomberg” yazdı: Rusiyanın tezliklə Avropada yeni müttəfiqi kim olacaq? – FOTO

Sharing is caring!


“Slovakiyada qarşıdan gələn seçkilərdə ölkənin keçmiş baş naziri Robert Fisonun partiyası qalib gələrsə, Rusiya ola bilər ki, tezliklə Avropada daha bir müttəfiq qazansın.

Belə ki, Robert Fiso rusiyayönlü baxışları ilə tanınır”.

Bu barədə “Bloomberg” nəşrinin dərc etdiyi yazıda bildirilib.

Slovakiyanın ən uzunmüddətli baş naziri olan Fiso 2018-ci ildə vəzifəsindən getməyə məcbur olub. Hazırda o, Ukraynadakı müharibənin nəticələri ilə bağlı narahatlıqlarından seçki kampaniyasında fəal şəkildə istifadə edir.

“Robert Fiso Ukraynaya hərbi yardımı dayandıracağına söz verib, Slovakiya prezidentini “Amerika agenti” adlandırıb və Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır. İndiyədək Slovakiya ümumilikdə Kiyevə dəstək mövqeyini dəyişmirdi, lakin son sorğular göstərir ki, Slovakiya əhalisinin yarıdan çoxu müharibədə Qərbi və ya Ukraynanı günahlandırır”, –  deyə nəşrin yazısında qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir