Dünya

Qvatemala-Meksika sərhədində gərginlik: İki min əsgər yerləşdiriləcək

Sharing is caring!


Mərkəzi Amerika ölkəsi Qvatemalada mütəşəkkil cinayətkar qruplar tərəfindən polis əməkdaşlarının öldürülməsindən sonra Meksika sərhədinə 2 min nəfərdən ibarət təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi qərara alınıb. 

Bununla bağlı ölkənin silahlı qüvvələrindən açıqlama verilib.

Açıqlamada son vaxtlar Qvatemalanın Meksika sərhədində cinayətkar fəaliyyətlərin artdığı və narkotik ticarəti ilə məşğul olan qruplaşmaların təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etdiyi bildirilib.

Hücumlar zamanı 5 Qvatemala polisinin həyatını itirdiyi xatırladılıb və təhlükəsizliyin təmin edilməsi üçün Meksika sərhədinə 2 min əsgərin göndəriləcəyi qeyd edilib.

Eyni zamanda bir müddətdir Meksikanın Çiapas əyalətinin Qvatemala sərhədində Sinaloa karteli ilə Jalisko karteli arasında şiddətli qarşıdurmaların yaşandığı nəzərə çatdırılıb.

Toqquşmalar səbəbi ilə Meksikanın Motozintla şəhərində yaşayan sakinlərin sərhədi keçərək Qvatemalaya sığındıqları da iddia edilib.

Qeyd edək ki, Qvatemala-Meksika sərhədi həm narkotik qaçaqmalçılığı, həm də qeyri-qanuni immiqrantların tranzit marşrutu olduğuna görə kartellər üçün strateji əhəmiyyət kəsb etməsi ilə tanınır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir