Dünya

Meksikada güclü zəlzələ qeydə alınıb

Sharing is caring!


Meksikanın qərbində, Miçoakan ştatının sahilyanı bölgələrində 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Onun məlumatına görə, yeraltı təkanların episentri təxminən 147 min nəfər əhalisi olan Kolima şəhərindən 473 km cənubda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir