İqtisadiyyat

Məhəmməd Abbasbəyli: “Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılıq aradan qalxacaq”

Sharing is caring!


“Bu gün bizdə mövcud olan qanunlar 90-cı illərdə qəbul edilib və bugünkü iqtisadi inkişaf yeni yanaşmaların təsbit olunmasını labüd edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məhəmməd Abbasbəyli deyib.

O bildirib ki, Rəqabət Məcəlləsinin əsas üstünlüklərindən biri bazarın sərhədinin dəqiq müəyyən edilməsidir:

“Bu məcəllə qəbul ediləndən sonra rəqabət qanunvericiliyinin tətbiq dairəsi genişləndiriləcək. artıq rəqabət aparmamaq öhdəliyi qadağan ediləcək. Bu daha çox satınalmalarda rast gəlinən haldır. Eyni zamanda qiymət əsaslı sui-istifadə meyarları tətbiq edilə biləcək”.

M.Abbasbəyli qeyd edib ki, eyni sahibkarlıq subyektlərini qohumluq yolu ilə fərqli qohumlar idarə edirlər:

“Məcəllənin qəbulundan sonra bu inhisarçılıq aradan qalxacaq. Bazar subyektləri tərəfindən bugünkü qanunvericilikdə rəqabət pozulduqda cəriməni dövlət büdcəsinə ödəməsi tələbi var. Yeni məcəllənin qəbulundan sonra isə hüquqları pozulan bazar subyektinin də öz haqqını alması imkanı yaranacaq. Bugünkü qanunlardan fərqli olaraq məsuliyyət tədbirləri çeşidlənəcək. Cəzanın çəkindirici məqsədə nail olması əsas prinsip olacaq. Vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaları tətbiq ediləcək. Maliyyə sanksiyaları və cərimələrin əsas məqsədi dövlət büdcəsini doldurmaq yox, gələcəkdə bu cür qanun pozuntularından çəkinmək prinsipi olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir