Dünya

“WhatsApp” köhnə smartfonlarda işini dayandıracaq

Sharing is caring!


“WhatsApp” tərtibatçıları mesencerin 24 oktyabr 2023-cü il tarixindən etibarən milyonlarla smartfonda işini dayandıracağını bildiriblər.

Məlumata görə, proqramı dəstəkləmək üçün “Android 5.0” və ya daha yüksək versiya ilə işləyən smartfon lazımdır.

Cihazları bu tələblərə cavab verməyən istifadəçilər “WhatsApp”dan istifadəni davam etdirmək üçün ya smartfonunun əməliyyat sistemini yeniləməli, ya da yeni qadcet almalıdırlar. Əks halda, onlar mesaj göndərə və qəbul edə, səsli və video zənglər edə, digər “WhatsApp” xidmətlərindən istifadə edə bilməyəcəklər.

Həmin vaxta qədər əməliyyat sisteminin 4.1 və daha yüksək versiyalı “Android” əməliyyat sistemi ilə işləyən smartfon sahibləri “WhatsApp”dan istifadə edə bilərlər. Beləliklə, “Android”in bir neçə nəsli, o cümlədən 4.1, 4.2, 4.3 və 4.4 proqrama girişi itirəcək. Qeyd edək ki, onların ümumi sayı bir milyon istifadəçini keçir. Bu cihazlar arasında “Samsung Galaxy Note 2”, “Samsung Galaxy S2”, “HTC One” və digərləri var.

“iPhone” sahibləri üçün şərtlər eyni olaraq qalır – “WhatsApp”dan istifadə etmək üçün onlara hələ də “iOS 12” və ya daha yeni versiya ilə işləyən smartfon lazımdır.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir