Cəmiyyət

Astarada 19 yaşlı oğlanın meyiti asılmış halda tapılıb

Sharing is caring!

Astarada 19 yaşlı gəncin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.

Səhər saatlarında 2004-cü il təvəllüdlü qəsəbə sakini Sənan Rövşən oğlu Əfsəlovun meyiti yaşayış olmayan həyətyanı ərazidə asılmış vəziyyətdə aşkar edilib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi məlum deyil. Mərhumun evdən çıxaraq heyvanları örüşə apardığı deyilir. İlkin ehtimala görə, 19 yaşlı gənc intihar edib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir