Dünya

Yaponiyada ticarət mərkəzində naməlum şəxs insanlara hücum etdi: Yaralananlar var – FOTO

Sharing is caring!


Yaponiyanın Niiqata şəhərində yerləşən ticarət mərkəzində naməlum şəxs bıçaqla 3 nəfəri yaralayıb.

Hadisə “Riverside Senshu” ticarət mərkəzində baş verib. Hücumçu əvvəlcə iki qadını yaralayıb, onlardan biri xəstəxanaya çatdırılıb. İkinci qadın yüngül xəsarətlər alıb və xəstəxanaya yerləşdirilməyib. Daha bir nəfər yüngül xəsarətlər alıb.

Hücum edən şəxs yerindəcə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir