İdman

“Köln” UEFA-dan Belarus klublarının avrokuboklardan kənarlaşdırılmasını istədi

Sharing is caring!

“Köln” UEFA-dan Belarus klublarını avrokuboklardan kənarlaşdırmağı xahiş edib.

Almaniya klubu UEFA prezidenti Aleksander Çeferinə ünvanladığı məktubda öz mövqeyini bəyan edib.

Kollektiv təklifini Belarus hakimiyyətinin Ukrayna ilə müharibədə Rusiyaya dəstək verməsi ilə əsaslandırıb və bu cür hərəkətlərin təkcə alman klubunun deyil, bütün idman dəyərlərini pozduğunu vurğulayıb.

Qeyd edək ki, “Köln” bu mövsüm Konfrans Liqasında çıxış edəcək və Belarus klublarından biri ilə qarşılaşa bilər.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir