Dünya

Musa Qurbanlı: “İki oyundur qol vurmuram və özümə inamım azalıb”

Sharing is caring!


İsveçin “Yurqorden” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı Skandinaviya ölkəsindəki oyunu barədə danışıb.

Gənc oyunçu İsveç çempionatında keçirdiyi yeddi matçda cəmi iki qol vurmasına münasibət bildirib:

“Vəziyyətim yaxşılaşmalıdır və əminəm ki, belə olacaq. Hücumçuyam, qol vurmalı və məhsuldar ötürmə etməliyəm. Oyunlara bacardığım qədər hazırlaşmağa çalışıram. Nə qədər çox oynasam, daha yaxşı olacaq. İsveç futboluna uyğunlaşıram”.

Forvard son iki matçda fərqlənə bilməməsinin özünəinamına mənfi təsir etdiyini etiraf edib:

“Bütün hücumçular belədir, qol vurduqca daha yaxşılaşır. Qol vurmayanda performans bir qədər aşağı düşür və normaldır. İki həftə əvvəl dubl etdim və özümə inamım yüksək idi. İndi iki oyundur qol vurmuram və özümə inamım azalıb”.

M.Qurbanlı üzərində təzyiq hiss etmədiyini söyləyib:

“Bilirəm ki, təzyiq ola bilər, amma mən sadəcə işimi görməyə çalışıram. Əlimdən gələni edirəm və buna görə təzyiq hiss etmirəm”.

Mənbə: expressen.se

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir