Dünya

Rusiyada kişi keçmiş sevgilisinin üzərinə benzin tökərək yandırdı – VİDEO

Sharing is caring!


Rusiyalı kişi qısqanclıq zəminində keçmiş sevgilisinin üzərinə benzin tökərək yandırıb. Fövqəladə hadisə Serpuxovda baş verib.

İlkin məlumatlara görə, postsovet respublikalarından birində doğulan 49 yaşlı şəxs 38 yaşlı keçmiş sevgilisini binanın giriş qapısının qarşısında gözləyib. Mübahisədən sonra kişi qadının üzərinə benzin tökərək yandırıb və gözdən itib. Qadın xəstəxanaya çatdırılıb və hazırda ağır yanıq xəsarətləri ilə reanimasiyadadır.

Qonşuların dediyinə görə, cütlük iki uşaq böyüdüb və aralarında tez-tez qalmaqallar baş verib.

Həmin şəxs axtarışa verilib. Faktla bağlı xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir