Dünya

İngiltərə Premyer Liqası: “Liverpul” üç xalı üç qolla qazandı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında VI tur davam edir.

Oxu.Az xəbər verir ki, London derbisində “Arsenal” və “Tottenhem” üz-üzə gəliblər. “Topçular”ın meydanında baş tutan matçda qalib müəyyənləşməyib – 2:2.

Hesabı 26-cı dəqiqədə “Arsenal” açıb. Qonaq komandanın müdafiəçisi Kristian Romero avtoqol müəllifi olub. 42-ci dəqiqədə Son Xın Min bərabərliyi təmin edib. 54-cü dəqiqədə Bukayo Saka penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərini yenidən hesabda irəli çıxarıb. Lakin bir dəqiqə sonra Son Xın Min həm özünün, həm də komandasının ikinci qolunu vurub.

Hazırda hər iki komandanın 14 xalı var. Daha yaxşı top fərqinə görə “Tottenhem” dördüncü, “Arsenal” beşincidir.

Londonun digər təmsilçisi “Çelsi” uğursuzluqla üzləşib. “Zadəganlar” doğma meydanda “Aston Villa”ya uduzublar – 0:1. Yeganə qolu 73-cü dəqiqədə Olli Uotkins vurub. “Çelsi” 58-ci dəqiqədən azlıqda oynayıb. Malo Qusto qırmızı vərəqə ilə meydandan qovulub.

Bu məğlubiyyətdən sonra “Çelsi” beş xalla 14-cüdür. Xallarını 12-yə çatdıran “Aston Villa” beşinci pilləyə yüksəlib.

“Liverpul” turu qələbə ilə başa vurub. Mersisayd təmsilçisi doğma azarkeşləri qarşısında “Vest Hem”ə qalib gəlib – 3:1.

Hesabı 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Məhəmməd Salah açıb. Lakin 42-ci dəqiqədə Cerrod Bouen qonaqların bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Darvin Nunyes, 85-ci dəqiqədə Dioqu Jota fərqləniblər və “Liverpul”un qələbəsini rəsmiləşdiriblər.

Bu qalibiyyət sayəsində xallarını 16-ya çatdıran “qırmızılar” ikinci pilləyə yüksəliblər. 10 xalı olan “Vest Hem” yeddinci yerə düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir