Dünya

Yunanıstanda qoyun sürüsü marixuana becərilən sahəni otlayıb

Sharing is caring!


Yunanıstanda qoyun sürüsü tibbi məqsədlər üçün becərilən marixuana sahəsinə daxil olub və demək olar ki, bütün məhsulu yeyib.

Bildirilir ki, ot axtararkən qoyun sürüsü tibbi məqsədlər üçün becərilən marixuana istixanasının ərazisinə daxil olublar.

Sürüyə nəzarət etməli olan çoban hadisə yerinə yetişəndə isə artıq gec olub. Fermer qoyunların qəribə davranışını müşahidə edib.

Məlum olub ki, heyvanlar təxminən 100 kiloqrama yaxın məhsul yeyiblər.

Öz növbəsində istixananın sahibi də təsərrüfatına küllü miqdarda ziyan dəydiyini təsdiqləyib.

Mənbə: Greek Reporter

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir