Cəmiyyət

Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək – FOTO

Sharing is caring!




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Bu barədə Oxu.Az-a Dövlət Komitəsindən məlumat verilib.

Bugünkü püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 59 ailəyə ikiotaqlı, 80 ailəyə üçotaqlı, 17 ailəyə isə dördotaqlı mənzil təqdim olunacaq.

Qeyd olunub ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.

Püşkatmada iştirak edən ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir