Dünya

Dünya Güləş Birliyi azərbaycanlı idmançıların görüşlərinin ən maraqlı anlarını paylaşdı – VİDEO

Sharing is caring!


Dünya Güləş Birliyinin rəsmi “Facebook” səhifəsi Azərbaycan yunan-Roma güləşçilərinin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatındakı çıxışı ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşılan videoda pəhləvanlarımızın ötən gün keçirdikləri görüşlərdəki ən maraqlı epizodlara yer verilib.

Qeyd edək ki, dünən Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) finala yüksəliblər. Həlledici görüşlərdə E.Əzizli Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, R.Hüseynov iranlı Əlirza Mohmadipiani, S.Süleymanov isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir