Dünya

Moskvada məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu

Sharing is caring!


Rusiyanın paytaxtı Moskvada KIA şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti, koreyalı Sanq Qvon Conq qarət edilib.

Cinayətkar yanğın pilləkənləri ilə şirkətin mərkəzi ofisinə daxil olub.

Oğru “Light House” biznes mərkəzinə girərək birbaşa Cənubi Koreya şirkətinin Rusiya bölməsi rəhbərinin 9-cu mərtəbədəki ofisinə doğru gedib. O, yanğın pilləkənlərinin qapısını açıb və şirkət rəhbərinin şkafında əlinə keçən bütün pulları götürüb. Lakin tapdığı pullar elə də çox olmayıb – cəmi 500 dollar.

Qeyd edək ki, 52 yaşlı Sanq Qvon Conq KIA korporasiyasının vitse-prezidenti və Avropa qrupunun rəhbəridir. O, KIA şirkətinin Rusiya və MBD üzrə prezidenti vəzifəsinə təyin edilib və avtomobil brendinin regional baş qərargahının Moskva ofisində vəzifəsinə başlayıb.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir