Dünya

Erlinq Moe: “Qarabağ”ı böyük klub hesab edirəm” – FOTO

Sharing is caring!


“Qarabağ” üç il əvvəllə müqayisədə inkişaf edib. İndi rəqibimiz daha güclüdür”.

Oxu.Az xəbər verir ki, bu sözləri Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis daha əvvəl Çempionlar Liqasında üz-üzə gəldikləri Azərbaycan təmsilçisi barədə xoş sözlər səsləndirib:

“Sabah yaxşı oyun olacağına inanıram. “Qarabağ”ın tarixi ilə maraqlanmışam. Rəqibin baş məşqçisi çox uğurludur. “Qarabağ” böyük komandadır”.

Çalışdırıcı üç il əvvəl Azərbaycana gəlməmələrinə toxunub və indi Bakıda olmaqdan çəkinməfiklərini söyləyib:

“Həmin zaman baş verənlərin səbəblərinə baxmaq lazımdır. O vaxt koronavirus pandemiyası hökm sürürdü və ədalətli qərar matçın neytral meydanda keçirilməsi idi. Hava limanından şəhərə kimi gözəl yolla gəldik. Azərbaycanlılar Bakı ilə qürur duya bilərlər. Sabahkı oyundan qorxmuruq. Matçı səbirsizliklə gözləyirik”.

Moe sabah mdafiədə oturmayacalarını söyləyib:

“Özünəinam vacib faktordur. İnkişaf etmək istəyirsənsə, bu olmalıdır. Top bizdə olanda fürsətlər yaratmağa çalışacağıq. Öz oyunumuza fikir verməliyik. Müdafiədə oturmağı planlaşdırmırıq. Rəqibin kimliyindən asılı olmayaraq, öz oyunumuzu göstərməliyik. Fərqi yoxdur, “Qalatasaray”a oynayırıq, ya “Qarabağ”la”.

Baş məşqçi avrokuboklarda bundan öncə üz-üzə gəldikləri Türkiyənin “Qalatasaray” klubu ilə “Qarabağ”ı müqayisə edib:

“Qarabağ” və “Qalatasaray” oxşar komandalardır. Türkiyə klubunda böyük adlar var. “Qarabağ”da isə birlik faktorunu qeyd edə bilərəm. Azərbaycan təmsilçisi böyük klub olmaq yolunun başlanğıcındadır”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Daha çox şəkil burada: PhotoStock.az

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir