Cəmiyyət

Baku.ws-in “Instagram”ından yay rekordu – 500 milyon baxış + FOTO

Sharing is caring!


Baku.ws-in “Instagram” səhifəsi daha bir izləyici rekordu müəyyənləşdirib.

Yay aylarında digər mətbuat orqanlarının fəaliyyətində yaranan durğunluğa baxmayaraq, Baku.ws fasiləsiz və gecə-gündüz fəaliyyət göstərməklə yeni rekorda imza atıb.

Belə ki, Baku.ws-in rəsmi “Instagram” səhifəsi 90 gün ərzində inanılmaz izləyici kütləsini əhatə edib. Səhifədəki paylaşımlar yay fəsli ərzində 500 milyon baxış toplayıb. Bu müddət ərzində paylaşılan videolara səkkiz milyondan çox bəyənmə və 300 minə yaxın şərh gəlib.

Eyni zamanda, son üç ayda 3,6 milyondan çox izləyici də paylaşımları görüb. Bu o deməkdir ki, Baku.ws-in “Instagram” səhifəsində bir istifadəçi ortalama 140 paylaşımı izləyib.

Nəzərinizə çatdıraq ki, Baku.ws izləyicilərinin böyük hissəsini – 73,9 faizini Azərbaycandan olan istifadəçilər təşkil edirlər. Digər sırada Türkiyə – 7,3%, Rusiya – 5,3% və İran 4,3%-lə qərarlaşıblar.

Baku.ws izləyicilərinin 59,5 faizini kişilər, 40,4 faizini isə xanımlar təşkil edirlər. Onlar arasında daha çox (34,9%) 25-34 yaş qurupuna daxil olan şəxslərdir. İkinci yerdə (25%) 18-24 yaşlı şəxslər, üçüncü yerdə isə (19,2%) 35-44 yaşlı istifadəçilər qərarlaşıblar.

90 gün ərzində səhifəni ziyarət edənlərin sayı 5,6 milyonu ötüb. Bu da onun göstəricisidir ki, “Instagram” lentində Baku.ws paylaşımını görən izləyicilər səhifəyə daxil olaraq digər paylaşımlara da nəzər yetirirlər. 

Baku.ws bundan sonra da operativ və dəqiq paylaşımları ilə izləyicilərin xəbərdə etimad yeri olmaqda davam edəcək.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir