Dünya

Bahalı saat taxıb Bakıdan Rusiyaya qayıdan kişini 7 il həbs cəzası gözləyir – FOTO

Sharing is caring!


Moskvanın “Domodedovo” hava limanında gömrükçülər tərəfindən Bakıdan Moskvaya gedən rusiyalının üzərindən gömrük bəyannaməsində qeyd olunmamış bahalı brend markalı saat aşkar edilib. Həmin şəxs məsuliyyətə cəlb edilə bilər.

Bu barədə Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müfəttişlər əlində bahalı saat olan 63 yaşlı rusiyalını “yaşıl dəhliz”də saxlayıblar. Kişi saatın ona hədiyyə olaraq verildiyini və lüks markalı aksesuarın qeydiyyatdan keçirilməli olduğunu bilmədiyini deyib.

Saat ekspertizadan keçirildikdən sonra müəyyən olunub ki, onun mexaniki hissələri 750 əyarlı qızıldan hazırlanıb, aksesuarın qiyməti isə təxminən 3,5 milyon rubl (61 600 manat) təşkil edir. Kişi strateji əhəmiyyətli malların qaçaqmalçılığına görə cinayət məsuliyyətinə cəlb oluna bilər, həmin maddəyə əsasən, yeddi ilədək həbs cəzası nəzərdə tutulur.

Rusiyanın Federal Gömrük Xidməti xatırladır ki, Rusiyaya təyyarə ilə gömrük bəyannaməsinə qeyd edilmədən dəyəri 10 min avroya qədər olan və çəkisi 50 kiloqramdan çox olmayan mallar gətirilə bilər. Bu norma həddini aşdıqda, sərnişindən “qırmızı dəhliz”dən keçmək və sərnişin gömrük bəyannaməsini doldurmaq tələb olunur.

Mənbə: Life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir