Dünya

Avropadakı quraqlıq tarixi abidələrin məhvinə səbəb olur – VİDEO

Sharing is caring!


Prussiya kralı II Fridrixin göstərişi ilə inşa edilmiş tarixi San-Susi bağ iqamətgahı ciddi təhlükə ilə üz-üzə qalıb.

Qeyd olunur ki, istiliyin normadan artıq olması və Avropa ərazisində müşahidə olunan quraqlıq 300 illik tarixi abidənin qorunub saxlanılmasına mənfi təsir göstərir.

İqamətgahın direktoru Maykl Röderin dediyinə görə, xüsusən son 10 ildə müşahidə olunan qlobal istiləşmə tarixi abidəyə ciddi zərər vurub, lakin təbiətin vurduğu zərərlər son altı ildə daha çox nəzərə çarpmağa başlayıb.

O qeyd edib ki, tarixi malikanənin yerləşdiyi ərazinin torpağı istidən əziyyət çəkir, qrunt suları, ağaclar quruyur. Yeraltı su səviyyəsinin aşağı olması səbəbindən bitkilər məhv olur, parazitlər isə çoxalmağa başlayır.

Mütəxəssislər qeyd edirlər ki, xüsusən son onillikdə iqamətgahı Prussiya krallarının dövründə olduğu kimi qoruyub saxlamaq olduqca çətinləşib.

Mənbə: Euronews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir