Cəmiyyət

Sürücülük vəsiqəsi olmayan sərxoş kişi maşını aşırdı: Ölən və yaralılar var

Sharing is caring!


İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxmaqla ötmə əməliyyatı apararkən idarəetməni itirib və maşını aşırıb.

Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər – 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir