Dünya

Dünya azərbaycanlıları Fondunun Münhen forumu keçirilib – FOTO

Sharing is caring!


Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib.

Forumda 3 yeni olmaqla 18 ölkədən təmsilçilər iştirak edib.

Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayan Forumun baş katibi Hikmət Cavadov görülən işlər, həyata keçirilən layihələrlə bağlı iştirakçılara geniş məlumat verib. O, qeyd edib ki, bu ilin may ayında İsveçin Stokholm şəhərində yaradılan Fond avqust ayında qeydiyyatdan keçib.

Forumda çıxış edənlər Fondun strukturundan, qarşıya qoyulan məqsədlərdən bəhs ediblər.
 
Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında koordinasiyanın daha düzgün və effektiv qurulmasına ehtiyac var.

Əlavə olunub ki, azərbaycanlılar dövlətimizin milli maraqları naminə təmsil olunduqları ölkələrin parlamentləri, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarıyla əlaqələri gücləndirməlidirlər. 

Qeyd olunub ki, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda qələbə ilə başa çatmış 44 günlük müharibəni həzm edə bilməyən Ermənistan dövləti və onun Avropadakı havadarları Qarabağdakı separatçı rejimə açıq və ya gizli dəstək göstərərək bölgəmizi yeni savaş təhdidləri ilə üz-üzə qoyub. 

Forumda diaspor fəallarından diqqətli olmaları, yaşadıqları ölkələrin media resurslarında dünya ictimaiyyətinə bölgədə baş verən hadisələrlə bağlı obyektiv informasiyalar vermələri tövsiyə olunub.

Çıxışlardan sonra müzakirələr əsasında daha operativ fəaliyyət üçün fondun dörd komitəsi yaradılıb. 

Sonda Forum iştirakçıları adından Dünya azərbaycanlılarına müraciət qəbul olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir