Cəmiyyət

Agentlik sədri: “37 180 nəfərə təkrar əlillik təyin edilib”

Sharing is caring!

“19 520 nəfərə ilkin əlillik təyin edilib, 37 180 nəfərə isə təkrar əlillik təyin edilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, 1 iyula qədər qüvvədə olan qanunvericiliyə əsasən dərəcələr bölgüsü ilə təyinatların 6,3 faizinə birinci dərəcəli əlillik təyin edilib.

Agentlik sədri qeyd edib ki, cari ildə əlillik dərəcəsi alan 56 min 700 nəfərin 45,3 faizinə əlillik dərəcəsi müddətsiz təyin edilib.

O bildirib ki, həmin vətəndaşların xəstəlikləri sağalmaz, reabilitasiya potensialı aşağı olduğundan müddətsiz təyin edilməsinə qərar verilib.

“Onlardan 31 faizinə 5 il müddətinə, 9 faizinə 3 il müddətinə, 8,7 faizinə 2 il müddətinə, cəmi 2,8 faizinə meyarlara uyğun olaraq 1 il müddətinə əlillik təyinatı aparılıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir