Dünya

Ərdoğan ermənipərəst senator Bob Menendes haqqında: “Deyəsən, məni tanımır”

Sharing is caring!


“Bob Menendes Türkiyəni tanımır. Belə görünür ki, Bob Menendes heç Rəcəb Tayyib Ərdoğanı da tanımır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında deyib.

O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendes kimi simaların Yunanıstanın təhlükəsizliyi kimi bir sıra mövzuları bəhanə edərək Türkiyəyə “F-16” satışına mənfi yanaşmasına münasibət bildirib.

“Yunanıstanla Türkiyə qədim dostluq əlaqələrinə malikdir. Menendesin Türkiyəyə qarşı düşməncəsinə münasibəti var və bizi seçdiyi müəyyən bir müzakirə arealına çəkməyə çalışır. Ancaq biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”, – deyə dövlət başçısı vurğulayıb.

Mənbə: “Anadolu” Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir