Dünya

Ərdoğan: “Bizə verilən vədlər yerinə yetirilmir”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç hələ də NATO-ya üzv olmaq üçün verdiyi vədləri yerinə yetirməyib.

“Qoy qanunlara və ya konstitusiyaya hər hansı düzəlişlər etsinlər. Amma İsveçdə qəbul olunmuş qanunları praktikada həyata keçirmək lazımdır. Əgər İsveçdə terrorçular polisin himayəsi altında aksiyalar təşkil etməyə davam edərlərsə, bu, hakimiyyət orqanlarının qanuna yeni dəyişikliklərə əməl etməməsi deməkdir. Bu o deməkdir ki, bizə verilən vədlər yerinə yetirilmir”, – dövlət başçısı Nyu-Yorka uçmazdan əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

“Qərb bizə davamlı olaraq “İsveç, İsveç, İsveç” deyərək təkrarlayır. Biz cavab veririk ki, parlamentimiz müvafiq qərar qəbul edənə qədər “hə” və ya “yox” deyə bilmərik. İlk növbədə, İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir”, – Ərdoğan qeyd edib.

O, ABŞ Konqresinin Türkiyəyə F-16 qırıcılarının satılması perspektivini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirməyə meyilli olduğuna da toxunub.

“Deyirlər ki, Nümayəndələr Palatasının təsdiqi olmadan bu məsələ həll oluna bilməz. Onların orada Konqresi var, mənim də parlamentim var. Onun hansı qərarı verəcəyini təxmin edə bilmərəm”, – Türkiyə lideri vurğulayıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir