Dünya

Angela Merkelin beton abidəsi aşıb

Sharing is caring!


Almaniyanın keçmiş kansleri Angela Merkelin Yuxarı Pfalzda yerləşən beton fiquru gecə saatlarında aşıb.

Bu barədə abidəni hazırlayan heykəltaraş Vilhelm Kox məlumat verib.

“Təəssüf ki, 3D çapın çox da davamlı olmadığı və açıq havada istifadə üçün uyğunsuzluğu ortaya çıxdı”, – deyə heykəltaraş bildirib.

Qeyd edək ki, abidənin açılışı 2021-ci ildə Merkel hələ Almaniya hökumətinə rəhbərlik etdiyi vaxtlarda baş tutub. Bu fiqur siyasətçinin tez-tez geyindiyi şalvar və gödəkçədə at üzərində təsviri idi. Abidə 3D printer vasitəsilə təkrar emal olunmuş yüngül betondan hazırlanmışdı.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir