İdman

“Formula-1”: Azərbaycan Qran-prisi üçün yeni biletlər satışa çıxarılıb

Sharing is caring!


“Formula-1” üzrə Azərbaycan Qran-prisinin konsert proqramına yeni biletlər satışa çıxarılıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.

DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə “Formula-1” həftəsonunun açılışını edərək canlı şoularını sərgiləyəcəklər.

Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir