Dünya

Rusiyada bir gündə iki nəfərin başının kəsilməsinin dəhşətli təfərrüatı – FOTO

Sharing is caring!


Rusiya paytaxtının şimalında iki nəfərin başını kəsən şəxsin 22 yaşlı özbəkistanlı Xasanboy Mahamajonov olduğu ortaya çıxıb.

Məlumata görə cinayətkarın qurbanları həmyerlisi cərrah Dorjo Ayuşeyev və Qırğızıstandan olan qastarbayterlə “Telegram”da spesifik kanal (tanışlıq kanalı) vasitəsilə tanış olub.

Əvvəlcə o, intim münasibətdə olduğu həkimi öz mənzilində bıçaqlayıb və başını kəsib.

Sonra qırğızıstanlı miqrantla görüşəcəyi parka gedib. İkinci görüşün də sonu dəhşətli cinayətlə bitib.

Cinayətlərdən sonra yorulan Xasanboy Zelenoqrada dincəlməyə, qohumlarına baş çəkməyə gedib.

Məlumata görə, cinayətkar, hətta öz ana dilində ifadə verməkdən imtina edir.

O da məlum olub ki, Xasanboy dayısının himayəsində böyüyüb və dəfələrlə qohumu tərəfindən cinsi istismara məruz qalıb.

Xatırladaq ki, dünən Moskva şəhərində başı kəsilmiş iki kişi meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə cinayətkarın Xasanboy Mahamajonov olduğunu müəyyən ediblər.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir