Dünya

Zaxarova: “İrəvanda qəbul edilən qərarların günahını Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur”

Sharing is caring!


“Moskvanın İrəvanın son bəyanatlarına sərt reaksiyası bu bəyanatların təməlində yalanın, qeyri-dəqiq məlumatların və ya faktları dəyişdirmək cəhdlərinin olması ilə bağlıdır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rusiya rəsmisi bildirib ki, İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur.

“Bu, Ermənistan üçün təhlükəli olan fəlakətli nəticələrə gətirib çıxara bilər”, – deyə Rusiyanın XİN rəsmisi vurğulayıb.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir