Dünya

Tramp Baydenin ABŞ prezidenti vəzifəsini icra etmək üçün səriştəsiz olduğunu bildirib

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, yaş ölkə lideri Co Baydenin öz vəzifələrini yerinə yetirməsinə maneə deyil, lakin o, ABŞ-ni idarə etmək üçün çox səriştəsizdir.

77 yaşlı Tramp sentyabrın 11-də “Truth Social” səhifəsində yazıb:

“Co Bayden çox qoca deyil, o, çox bacarıqsızdır”.

Keçmiş ABŞ liderinin sözlərinə görə, noyabrda 81 yaşı tamam olacaq Baydenin dövründə Birləşmiş Ştatlar “özünün kölgəsinə” çevrilib. Respublikaçı ABŞ Konstitusiyasına 25-ci Düzəlişin, o cümlədən vitse-prezidentin dövlət başçısı kimi fəaliyyətə başladığı ABŞ liderinin müvəqqəti fəaliyyət qabiliyyətinin müəyyən edilməsi prosedurunu tətbiq etməyə çağırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir