Dünya

İran Fransaya xəbərdarlıq edib

Sharing is caring!


“Biz İranın Parisdəki səfirliyinə hücum aktını qətiyyətlə pisləyirik. Diplomatik quruma hücum səfirliyin konsulluq şöbəsinin işinə müdaxilə cəhdi və konsulluq xidməti almaq üçün diplomatik nümayəndəliyə müraciət edən vətəndaşların hüquqlarına qəsddir”.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Nasir Kənani İran səfirliyinə hücuma görə Fransa hakimiyyət orqanlarına xəbərdarlıq edildiyini bildirib:

“Fransa beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirməli və İran səfirliyinin təhlükəsizliyinə cavabdeh olmalıdır”.

Xatırladaq ki, sentyabrın 9-da İranın Fransanın paytaxtı Parisdə yerləşən səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin qapısı tamamilə yanıb. Diplomatik nümayəndəlikdən heç kim xəsarət almayıb.

Mənbə: Tasnim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir