Dünya

Mərakeşdə minlərlə şəxs zəlzələ qurbanları üçün qan verir

Sharing is caring!


Krallığın hər yerində minlərlə mərakeşli sentyabrın 8-də axşam baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş həmvətənləri üçün qan verirlər.

Verilən məlumata əsasən yerli qanköçürmə mərkəzlərində, eləcə də Kasablanka, Rabat, Tanjer, Mərakeş, Aqadir kimi şəhərlərdəki xəstəxanalarda insanlar səhər saatlarından başlayaraq növbəyə dururlar.

“İnsanların həyatlarını xilas etmək və xəstəxanaların artan ehtiyaclarını ödəmək üçün mümkün qədər çox donor qanı paketləri toplamaq bizim üçün çox vacibdir”, – deyə tibb xidmətlərinin nümayəndələri bildiriblər.

İctimai təşkilatlar və mülki fəallar tərəfindən zəlzələdən zərərçəkənlər üçün aktiv qan verməyə dair əhaliyə çağırışlar edilir. Həmçinin böyük şəhərlərdə Mərakeşin zərər çəkmiş əyalətlərinin sakinləri üçün yorğan və paltar, eləcə də yemək kimi zəruri əşyaların toplanılması təşkil edilib.

Mənbə: ТАSS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir