Dünya

Hindistan və Avropa arasında nəqliyyat dəhlizi yaradılacaq

Sharing is caring!


Hindistanı Yaxın Şərq və Avropa ölkələri ilə birləşdirən nəqliyyat və iqtisadi dəhliz yaradılacaq.

Bu barədə Səudiyyə Ərəbistanının Baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman Yeni Dehlidə keçirilən G20 sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bununla bağlı artıq anlaşma memorandumu imzalanıb.

Məhəmməd bin Salman onu da vurğulayıb ki, bu layihə Yaxın Şərq ölkələri arasında geniş dəmir yolu şəbəkəsinin tikintisini və liman infrastrukturunun inkişafını nəzərdə tutur.

Vəliəhd şahzadənin sözlərinə görə, nəqliyyat dəhlizi qlobal enerji təchizatı zəncirlərinin davamlılığını təmin edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir