Dünya

Qabonun keçmiş prezidentinin ölkəni tərk etməsinə icazə verildi

Sharing is caring!


Qabonun keçmiş prezidenti Əli ben Bonqo Ondimba ev dustaqlığından azad edilib və müalicə üçün ölkəni tərk etməsinə icazə verilib.

Bu barədə ötən ay onu hakimiyyətdən uzaqlaşdıran hərbçilər məlumat veriblər.

“Respublikanın keçmiş prezidenti Əli Bonqo Ondimba səhhətindəki vəziyyəti nəzərə alınmaqla, sərbəst hərəkət edə bilər. Əgər istəsə, o, tibbi müayinədən keçmək üçün xaricə gedə bilər”, – deyə Qabonun hərbi nümayəndəsi, polkovnik Ulrix Manfumbi bildirib.

Məlumata görə, Bonqo beş il əvvəl insult keçirib. Onun həkimlərə müraciət etmək üçün çıxışı olmayıb, lakin indi, həmçinin ölkə hüdudlarından kənarda da müalicə ala bilər.

Bonqonun ev dustaqlığından azad edilməsi üçün ərizə yeni dövlət başçısı kimi and içmiş general Bris Oliqi Nqema tərəfindən imzalanıb. Bonqonun əmisi oğlu olan Nqema onun mərhum atasının mühafizəçisi kimi çalışıb və ölkənin elit hərbi hissəsi – Respublika Qvardiyasına rəhbərlik edib.

Mənbə: “Əl-Cəzirə”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir