Dünya

Ukraynada vəziyyət gərginləşdi: Kiyevə hava hücumu edilib – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, Ukraynanın əksər vilayətləri hava zərbələrinə məruz qalıb.

“10-a qədər qanadlı raket (onlardan biri ballistik raketdir) hücumu olub. Hava zərbələrinin hamısının qarşısı alınsa da, onların qalıqları evlərə və obyektlərə ziyan vurub”, – deyə jurnalist əlavə edib.

Mübariz Aslanov onu da bildirib ki, Xersona endirilən zərbə nəticəsində həmyerlimizə məxsus ev də dağıntıya məruz qalıb.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir