Dünya

Priqojinin silahdaşı sayılan ordu generalının adını MN saytından sildilər

Sharing is caring!


Rusiyada ordu generalı Sergey Surovikinin adı ölkənin Müdafiə Nazirliyinin saytından yoxa çıxıb.

Əvvəllər onun adı hərbi qurumun saytında Silahlı Qüvvələrin ali baş komandanları siyahısında idi.

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin müttəfiqi, silahdaşı sayılan Sergey Surovikinin istefası barədə rəsmi məlumat verilməyib.

Surovikin iyunun 24-dən – Rusiyada Priqojin qiyamını dayandırmağa çağırdığı vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. İyul ayında Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov ordu generalının istirahət etdiyini bildirmişdi.

Rusiya Aerokosmik Qüvvələrinin keçmiş baş komandanı, ordu generalı Sergey Surovikin avqustun sonunda tutduğu vəzifədən azad edilib. Onun yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general Viktor Afzalov təyin edilib.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ordu generalı Sergey Surovikinlə bağlı vəziyyəti şərh etməyib.

Mənbə: “BAZA” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir