Dünya

Nobel həftəsinin tarixi və yeri açıqlandı

Sharing is caring!


Bu il Nobel həftəsi oktyabrın 2-dən 9-dək Stokholm (İsveç) və Osloda (Norveç) baş tutacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə mükafatın rəsmi saytında xəbər verilib.

Həmin həftə ərzində fiziologiya və tibb (oktyabrın 2-də), fizika (oktyabrın 3-də), kimya (oktyabrın 4-də), ədəbiyyat (oktyabrın 5-də), sülh (oktyabrın 6-da), eləcə də iqtisadi elmlər üzrə (oktyabrın 9-da) Nobel mükafatları laureatları elan ediləcək.

Məlumata görə, fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, sülh nominasiyası üzrə mükafat Norveç Parlament Komitəsi, digərləri isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.

Təqdimat mərasimi dekabrın 10-da – mükafatların təsisçisi Alfred Nobelin (1833-1896) vəfat etdiyi gündə baş tutacaq.

Yeri gəlmişkən qeyd edək ki, Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə dəvətini İsveçdə sərt reaksiya səbəbindən geri götürüb. Müvafiq bəyanat təşkilatın saytında dərc olunub.

“Biz İsveçdə bu qərarı (bütün ölkələrin səfirlərini təqdimata dəvət etmək) tamamilə kölgədə qoyan kəskin reaksiyanı nəzərə aldıq. Ona görə də qərara gəldik ki, təcrübədən keçən ötənilki istisnanı təkrar edək, yəni Stokholmda keçirilən Nobel mükafatı mərasiminə Rusiya, Belarus və İran səfirlərini dəvət etməyək”, – deyə fonddan bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir