Cəmiyyət

Tütün məmulatları üçün aksiz dərəcələri aşağı salınacaq? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


Son vaxtlar Azərbaycanda istehsal olunan tütün məmulatları üçün aksiz vergisinin dərəcələrində bəzi dəyişikliklərin olacağı ilə bağlı fikirlər səsləndirilir.

Ümumiyyətlə, hansısa dəyişikliklər gözlənilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsindən Bizim.media-ya verilən məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə 1 yanvar 2023-cu il tarixdə bəzi dəyişikliklər edilib.  

Qeyd olunur ki, həmin müddəalara əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinin, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkilməli tütünlərin hemogenləşdirilmiş və ya bərpa edilən, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına görə aksiz qiyməti 30 manatdan 22 manata endirilib.

İqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, qeyd edilən dəyişikliyə əsasən, tütün məmulatlarına tətbiq olan aksiz qiymətləri hər 6 aydan bir tənzimlənməli və yenidən baxılmalıdır:

“Dəyişiklik əsasən yerli istehsalçıları dəstəkləmək məqsədilə edilir. Bundan başqa, onlar arasında rəqabətliliyin artırılması və sağlam rəqabətin təmin olunması əsas prioritetlər arasındadır”. 

Bunun da dünya bazarında baş verən proseslərlə əlaqəli olduğunu deyən ekspert fikrini belə əsaslandırıb ki, istehlakçının siqaretlərə və tütünlərə əlçatanlılığı məhdudlaşdırılır:

“Buna da sosial vergi tənzimlənməsi deyilir. Qiymətləri tez-tez qaldırırlar ki, siqaret çəkənlərin sayı da azalsın. Statistik açıqlamalar göstərir ki, 2023-cü ilin 6 ayı ərzində ötən illə müqayisədə tütün məmulatlarının idxalında xeyli azalma baş verib. 

Məlumdur ki, siqaret çəkənlər arasında yeniyetmələr və gənclər üstünlük təşkil etdiyi üçün aksiz qiymətlərində tez-tez dəyişikliklər edilir. İnsanlar pis vərdişlərdən nə qədər uzaq olsalar, bir o qədər də büdcələrinə qənaət etmiş olurlar”. 

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə, Azərbaycanda siqaretin qiymətləri çox aşağıdır:

“Baxmayaraq ki, bu sahə idxaldan asılı vəziyyətdədir və xammal əsasən xarici ölkələrdən gətirilir. Qiymət dəyişiklikləri, əsasən də bahalaşma hələ bir müddət davam edəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir