Dünya

İndoneziyada ASEAN sammiti keçirilir

Sharing is caring!


Çərşənbə axşamı İndoneziyanın paytaxtı Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti öz işinə başlayıb.

Açılış nitqi ilə çıxış edən İndoneziya Prezidenti Coko Vidodo təşkilat üzvləri arasında birliyin və bərabərliyin qorunmasının vacibliyini vurğulayıb.

Vidodonun fikrincə, ASEAN heç bir dünya dövlətinin maraqlarını təmsil edəcək platforma olmamalıdır.

Qeyd edək ki, ASEAN sammiti, həmçinin dəvət olunmuş dövlətlərin və regionların nümayəndələrinin iştirakı ilə müşayiət olunan görüşlər sentyabrın 7-dək davam edəcək.

Xatırladaq ki, ASEAN 1967-ci ildə yaradılıb və 10 ölkəni birləşdirir: Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippin.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir