Dünya

Rusiya prezidenti: “Putini iki saat dinləmək çox çətindir”

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, Federal Məclisə, demək olar ki, iki saatlıq mesajını dinləmək özü üçün də çətin olardı.

Bu barədə o, fevralın 23-də ölkəsində qeyd olunan Vətənin Müdafiəçisi Günü münasibətilə hərbi əməliyyatların veteranları ilə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, bu müddətdə diqqət toplamaq problemlidir.

“Siz müraciəti qeyd etdiniz. Təbii ki, hər şeyi dinləmək çox çətindir. Demək olar ki, iki saat. Mən özüm də qulaq asmaq məcburiyyətində olsam, bütün bunları dinləməkdə çətinlik çəkərdim. Bundansa danışmaq daha asandır”, – deyə prezident bildirib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir