Dünya

Qondarma “Luqansk Respublikası”nda generalın evi partladıldı: Ağır vəziyyətdədir

Sharing is caring!


Qondarma “Luqansk Xalq Respublikası”nda “gömrük rəhbəri” Yuri Afanasyevskinin evi partladılıb.

Partlayışın Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən törədildiyi bildirilir.

“O, öz evində partladılıb. Afanasyevski baş, boyun, qarın nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və ağır vəziyyətdə reanimasiyadadır. General-mayor və Federal Təhlükəsizlik Xidməti mərkəzi aparatının agenti olan Afanasyevski “Luqansk Xalq Respublikası”nın “rəhbəri” Leonid Paseçnikin “maliyyəçisi” olması ilə tanınır”, – deyə bununla bağlı mənbənin verdiyi məlumatda qeyd edilib.

Afanasyevski Ukraynaya qarşı vuruşan silahlı birləşmələri maliyyələşdirmək üçün ayrılan vəsaitləri “yuyub”. O, Aİ, Böyük Britaniya, Kanada, İsveçrə, Yaponiyanın sanksiyaları altındadır.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir