Dünya

Peskov: “Moskva Paşinyanın açıqlamaları ilə razılaşmır”

Sharing is caring!


“Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları ilə razılaşmır”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın Qarabağda rusiyalı sülhməramlıların missiyasının uğursuzluğa düçar olması ilə bağlı dediklərini şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya regiondan getməyə hazırlaşmır və çıxa da bilməz.

“Moskva Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin bu tezislərlə razılaşmaq mümkün deyil. Rusiya Qarabağda təhlükəsizlik təminatçısı rolunu oynamaqda davam edir və öz missiyasını azaltmaq niyyətində deyil”, – deyə Peskov əlavə edib.

Xatırladaq ki, bir gün öncə Rusiyada diplomatik mənbədən bildirilmişdi ki, Paşinyanın İtaliya mətbuatına açıqlamaları Moskvanı qəzəbləndirib.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir