Dünya

İranda son bir ayda həbs olunan azərbaycanlı fəalların sayı açıqlandı – FOTO

Sharing is caring!


İranda son bir ayda həbs olunan azərbaycanlı fəalların sayı açıqlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.   

Bununla bağlı İnsan Haqları Təşkilatının Statistika və Sənədlər Mərkəzi məlumat yayıb.

Təşkilatının statistikasına əsasən, bu ilin avqust ayında İran hökuməti tərəfindən 264 nəfər həbs edilib.

Həbs edilənlər arasında 20 güney azərbaycanlı fəal və etirazçının da adı var. Milli fəalların əksəriyyəti Urmiya gölünün vəziyyəti ilə bağlı etirazlarına görə həbs ediliblər.

Hesabata görə, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan etirazçılar sırasında ən azı 116 kürd, 22 gilək, 14 bəluc, o cümlədən 36 qadın, 11 uşaq və  bəhai təriqətinə mənsub 17 vətəndaş olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir