Dünya

ABŞ-də polis qaradərili hamilə qadını güllələyib – VİDEO

Sharing is caring!


ABŞ-ın Ohayo ştatında polislər qaradərili hamilə qadını güllələyib.

Polislərin birinin üzərində olan kameradan insidenti əks etdirən videogörüntülər yayımlayıblar.

Videoda iki polisin ərzaq mağazasının yanındakı parklanma dayanacağında avtomobildə əyləşən 21 yaşlı qadına yaxınlaşması əks olunub. Onlar onu oğurluqda ittiham edərək avtomobildən düşməsini tələb ediblər.

Lakin qadın onlara qulaq asmayıb və hadisə yerindən qaçmağa çalışıb, nəticədə polislər atəş açıblar. Bundan sonra qadının idarə etdiyi avtomobil mağazanın binasına çırpılıb. Daha sonra məlum olub ki, qadın və uşağı ölüb.

Buna baxmayaraq, ştatın polis idarəsində bildiriblər ki, ölən qadının iştirak etdiyi iddia edilən oğurluq barədə hadisə yerinin yaxınlığındakı mağazanın əməkdaşları tərəfindən polisə məlumat verilib. Həmçinin qeyd edilib ki, Ohayo polisinin məlumatına görə, hadisədən bir qədər əvvəl “qadın bir neçə şüşə spirtli içki içib”.

Mənvə: “İzvestiya” qəzeti (Rusiya)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir