Dünya

Salaha futbol tarixində rekord məbləğ təklif olunacaq

Sharing is caring!


“Əl-İttihad” klubu misirli hücumçu Məhəmməd Salahın transferi üçün “Liverpul”a rekord məbləğ təklif etməyə hazırlaşır.

Məlumata görə, “Liverpul” səudiyyəlilərin ödəməyə hazır olduqları 108 milyon dollar, üstəgəl bonus şəklində 54 milyon dollar məbləğində təklifini rədd edib.

“Əl-İttihad” indi hücumçu üçün 200 milyon funt-sterlinq (233 milyon avrodan çox) təklif etməyə hazırdır. Bu, futbol tarixinin ən böyük transferi ola bilər.

2017-ci ildə PSJ Neymar üçün “Barselona”ya rekord məbləğ – 222 milyon avro ödəmişdi.

İngiltərə Premyer Liqasının ötən mövsümündə Salah “Liverpul”un heyətində 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, misirlinin bazar dəyəri 65 milyon avrodur. Onun “Liverpul”la müqaviləsi isə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Mənbə: “Daily Mail”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir