Dünya

Ukrayna bu gündən yeni kilsə təqviminə keçdi: Artıq Milad bayramı dekabrın 25-də qeyd olunacaq

Sharing is caring!


Ukrayna 1 sentyabr 2023-cü ildən etibarən Yeni Yulian təqvimi adlandırılan yeni kilsə təqviminə keçib.

Bununla əlaqədar Ukraynada, demək olar ki, bütün böyük kilsə bayramları öz tarixlərini dəyişəcək.

Misal üçün, artıq Ukraynada Milad bayramı yanvarın 7-də deyil, dekabrın 25-də qeyd olunacaq.

Məlumat üçün qeyd edək ki, dünyada üç kilsə təqvimi mövcuddur: Yulian təqvimi, Qriqorian təqvimi və Yeni Yulian təqvimi. Ukrayna ərazisində ilk dəfə I Vladimirin təşəbbüsü ilə Yulian təqvimini istifadə edilib. 1918-ci ildə isə Yulian təqvimi Qriqorian təqvimi ilə əvəz edilib və bu günə qədər məhz Qriqorian təqvimindən istifadə edilib. 

Mənbə: Rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir