İdman

“Real”ın braziliyalı futbolçusu İspaniya vətəndaşı oldu

Sharing is caring!

Madrid “Real”ının vingeri Vinisius İspaniya vətəndaşlığı alıb.

Braziliyalı Kral klubuna 2018-ci ildə keçib. O vaxtdan bəri futbolçu daimi olaraq İspaniyada yaşayır.

İki il əvvəl vinger pasport almaq üçün tələb olunan iki imtahandan – ispan dilindən və ölkənin mədəniyyətindən uğurlu nəticə alıb.

Vinisiusun İspaniya pasportuna sahib olması komandaya Aİ üzvü olmayan bir ölkədən yeni bir oyunçunun gəlişi üçün imkan yaradıb.

Hazırda klubda iki belə futbolçu var: Rodriqo və Eder Militao.

La Liqa qaydalarına əsasən, klubların AB üzvü olmayan ölkələrdən beş oyunçusu ola bilər, lakin matç siyahısına Aİ üzvü olmayan üçdən çox oyunçu daxil edilə bilməz.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir