Dünya

Moskva hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

Sharing is caring!


Moskva hava limanlarında 40-dan çox reys gecikir və ya ləğv edilir.

Belə ki, Vnukovo hava limanında 14 reys gecikib, üç reys ləğv edilib. Domodedovo hava limanında 21 reys gecikib, biri ləğv edilib.

Bundan əlavə, Şeremetyevo hava limanında səkkiz reys gecikib.

Qeyd edək ki, Moskva və Moskva vilayətinin hava limanları hava məkanını bağlayaraq “Xalça” rejimi tətbiq edib.

Federal Hava Nəqliyyatı Agentliyinin bildirdiyinə görə, Moskva hava qovşağının işinə qoyulan məhdudiyyətlər səbəbindən 11 mülki reys alternativ aerodromlara yönləndirilib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir