Dünya

İordaniya yığmasının Azərbaycanla yoldaşlıq görüşü üçün ilkin heyəti AÇIQLANDI

Sharing is caring!


İordaniya yığmasının sentyabrda Norveç və Azərbaycan millilərinə qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, baş məşqçi Hüsseyn Ammuta 31 futbolçuya dəvət göndərib.

Onlardan 5-i qapıçı, 10-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 7-si isə hücumçudur.

Artıq təlim-məşq toplanışına başlayan İordaniya yığması ilk yoxlama görüşü üçün sentyabrın 4-də Norveçə yollanacaq. Səfərdən bir gün əvvəl isə yekun heyət açıqlanacaq.

Qapıçılar: Yazid Əbu Layla, Abdulla əl-Fəxuri, Malik Şalabiya, Məhəmməd əl-Əmvasi, Abdullah əl-Zubi

Müdafiəçilər: İhsan Həddad, Firas Şalabiya, Məhəmməd Əbu Həşiş, Yusuf Əbu əl-Cəzar, Mustafa Eid, Abdullah Nəsib, Yazan əl-Arab, Məhannəd Xair Allah, Salim Obaid, Hijazi Maher

Yarımmüdafiəçi: Mahmud Şavkat, Nizar əl-Raşdan, İbrahim Sadeh, Nur əl-Ravabdeh, Raqayi Ayed, Obayda əl-Samarneh, Saleh Rateb, Yussef Əbu Calbuş, Məhəmməd Əbu Rizk

Hücumçular: Mahmud əl-Mardi, Musa əl-Tamari, Anas əl-Avadat, Məhəmməd Əbu Zureyk, Həmzə əl-Dardur, Əli Olvan, Yazan əl-Naymat

Qeyd edək ki, İordaniya yığması sentyabrın 7-də Norveçlə Osloda, 12-də isə Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir